"5 yaşımda atamı itirmişəm. Atam Namiq Bədəlov da musiqiçi olub. Anam bizi böyüdüb, həm analıq, həm də atalıq edib. Amma müəyyən məqamlar olub ki, atasızlığı hiss etmişəm. Bir bacı, bir qardaşıq. Bacım da ailəlidir".
Unikal.org xəbər verir ki. bu sözləri müğənni Emil Bədəlov "ARB TV"də yayımlanan "Gəlin danışaq" verilişinə qoanq olarkən deyib.
İfaçı uşaqlıq xatirələrini bölüşüb:
"İlk qazancım avaraçılıqla olub... Avtomobil şüşəsi oğurlayıb satmışam. Gecə oğurlayırdıq. Bir dostum var idi, rəhmətə gedib, onunla edirdik. Bir şüşəni 11-12 şirvana satırdıq. Elə gün olurdu ki, 10-12 dənəsin oğurluyurduq. Buradan həmin adamlardan halallıq istəyirəm. Sonradan başa düşdüm ki, bu düz yol deyil".