"Evdəkilərə salam" verilişi müğənni Nazəninin Astaradakı evində qonaq olub.
Unikal.org-un məlumatına görə, verilişdə ifaçı ailəsindən, qardaşlarından danışıb.
Valideynlərini itirən müğənni iki qardaşının dünyasını dəyişdiyini deyib:
"Mənim iki cavan qardaşım İsti suda boğulub ölüb. Ona görə anam heç bir toyda əl qaldırıb oynamayıb. Anam niskilli idi. Hüzür yerlərinə çox gedirdi, oğulları üçün ağı deyib, rahatlaşırdı".
İfaçı balaca qardaşının 7 il həbsdə yatdığından danışıb:
"Özünün özünə etdiyi bir səhv idi. Öz orqanizmini pozurdu. Yeddi il içəridə qaldı. İki ildir azadlıqdadır. Sonbeşikdir, ata yurdumuzda qalır. Onun olmaması hamımıza təsir edirdi. İndi şükür ki, hər şey yaxşıdır. Allah bu sevinci bizə çox görməsin. Həmişə arzulayırdım ki, qardaşım həbsdən salamat çıxsın, ata ocağımda bir reportaj hazırlatdıracam.