Müğənni Damla həyat yoldaşından boşanmasından danışıb.
Unikal.org-un məlumatına görə, ailəm.az-ın canlı yayımında qonaq olan ifaçı bildirib ki, həyat yoldaşı ilə ilyarım rəsmi nikahda olub: "Hər zaman şəxsi həyatımı mediadan gizlətmişəm. Həyat yoldaşım heç bir zaman məni döyməyib. Düz ilyarım rəsmi nikahda olmuşuq. Amma əslində ondan qabaq bizim evliliyimiz pozulmuşdu. Aramızda heç vaxt etik normalardan kənar sözlər olmayıb. Onun barəsində haqsız danışa bilmərəm. Keçmiş həyat yoldaşım heç mənim üstümə də qışqırmayıb. Ayrılığımızın səbəbi nə vurmaq, nə döymək, nə də söyməkdir. Bizim evliliyimiz başqa bir səbəbə görə pozuldu. Bu da qismətdir. Ayrılığa səbəb nə sənətim, nə də döyülmək söhbəti olub. Ailəli olanda Mədəniyyət və İncəsənət Universitetində təhsil alırdım. Məni də həmin təhsil ocağına həyat yoldaşım aparıb gətirirdi. O, övladımın atasıdır, başımızın tacıdır. İllər keçsə də, o insana böyük dəyər verəcəyik. Heç bir zaman övladımı ona qarşı böyütməmişəm.
Qeyd edək ki, Damla C.Əliyev adlı şəxslə ailəli olub, boşanıb. Həmin evlilikdən bir övladı var.