Biləsuvarda iki nəfər güllələnib, biri ölüb. 

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Amankənd kəndi ərazisində qeydə alınıb. Həmin kəndin sakini, 1988-ci il təvəllüdlü Adil Alim oğlu Əliyev qardaşı tərəfindən odlu silahla qətlə yetirilib. Digər kənd sakini, 1992-ci il təvəllüdlü Şahin Azər oğlu Əliyev isə baş nahiyyəsindən yaralanıb. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.