Bakı şəhər sakini Bürhan Əliyev yol hərəkəti qaydalarını pozaraq çəkdiyi videonu sosial şəbəkələrdə paylaşıb.
Unikal.org xəbər verir ki, Bürhan Əliyev idarə etdiyi avtomobilin hərəkəti zamanı qucağında azyaşlı uşaq əyləşdirərək həm uşağın, həm özünün, həm də yanında sərnişin qismində əyləşən Ramin Ramizoğlunun həyatını təhlükəyə atıb. Qanuna tabe olmayan bu gənclər etdikləri intizamsızlığı fəxrlə videoya çəkərək sosial şəbəkədə paylaşıblar.
Belə gənclər hələ dərk etmir ki, avtomobildən oyun, zarafat kimi istifadə etmək olmaz. Üstəlik, onlarincəsənət xadimləridir. Sürücü Bürhan Əliyev xanəndə, yanındakı isə tarzən Ramin Ramizoğludur. Onlar cəmiyyətə nümunə olmaq, yüksək mədəniyyət nümayiş etdirmək əvəzinə, həm yol hərəkəti qaydalarını pozurlar, həm də azyaşlı uşağa söyüş söyməyi öyrədirlər.
Sürücü Bürhan Əliyevin öz şəxsi avtomobili 90-TJ-401 qeydiyyat nişanlı "VAZ markalı avtomobildir. Videodakı avtomobil isə tamam başqa markalı avtomobildir. Bu videoda həm sürücü, həm də sərnişin təhlükəsizlik kəmərindən istifadə etmir. Üstəlik, sürücü Bürhan Əliyev avtomobili sürücülük hüququ olmayan şəxsə verdiyi üçün də məsuliyyət daşıyır. Bütün bunlar bir yana, azyaşlının həyatını təhlükəyə atmaq heç də təqdir olunası hal deyil.
Ümid edirik ki, Dövlət Yol Polisi İdarəsinin əməkdaşları həmin sürücü barəsində tədbir görəcək.avtosfer.az