"Seriallara çəkilmirəm, yəni dəvət etmirlər. Teatrda da yoxam, sərbəst gəzirəm. Dəvət etsələr, yaxşı rol olsa oynamaq istəyərəm.
Unikal.org-un məlumatına görə, bu sözləri axşam.az-a açıqlamasında xalq artisti Valeh Kərimov deyib.
"Bəxt üzüyü filmindəki "Moşu obrazı ilə tanınan aktyor yeni üsulla ayaqlaşa bilmədiyini bildirib:
"Biz köhnə artistlər yeni üsulda işləyə bilmirik. Öyrənmişik ki, 40-50 səhifəlik ssenari gətirsinlər ki, filan rola fikir ver, öyrən. Biz də həmin rolu yazıb, məşq edib sonra onu oynayırdıq. Amma indi 1 vərəq söz yazıb deyirlər bunu öyrən, bu gün çəkək, sabah başqasını yazacağıq. İndi ssenari yaza bilən yoxdu. Ağıllarına gələni yazırlar, belə olmaz. Yeni çəkilən filmlərə baxa bilmirəm.
V.Kərimov heç bir rolun "Moşu" qədər yaddaşlarda qalacağına inanmadığını söyləyib:
"Deyə bilmərəm "Moşu obrazını ötüb keçəcək hansısa rolu ifa edə bilərəm. Amma yeni obrazlar var ki, onu oynaya bilərəm, həvəsim də var. Gürcülərin "Əsgər atası filmi var idi. Onu ifa edən aktyor yüzdən çox rola çəkilmişdi, amma o rolu ilə dünyada məşhurlaşıb.