Müğənni Kərim Abbasovküsülü olduğuəməkdar artist Mehriban Xanlarovadan üzr istəyib.
Unikal.org-un məlumatına görə, ifaçı bu haqda sosial şəbəkədə yazıb.
M.Xanlarovaya məhkəmədə uduzan K.Abbasov bunları yazıb:
"Dörd gün bundan qabaq bilmişəm ki, Hacı xanım, əməkdar artist olan Mehriban Xanlarovanın səhhətində problemlər var. Əslində çox üzüldüm. Üzüldüm ki, bu insanla qalmaqal yaşamışam. Allah şəfa versin. Əsəbiləşib dediyim sözlərə görə də sizdən və ailə üzvlərinizdən üzr istəyirəm. Əslində özümə yaraşdırmadım. Gərək olmazdı. Amma əsəbi vaxtıma düşdü. Hacı xanım, sizə görə dua edəcəm. Allah sizə kömək olsun. Heç kimin pis gününə sevinmirəm. Həyatdı hamının başına gələr.
Qeyd edək ki, aktrisa ilə müğənni arasındakı qalmaqal "Maşın şouda başlamışdı. K.Abbasov sosial şəbəkədə M.Xanlarovanın fotosunu paylaşaraq, onun ünvanına təhqirlər yazmışdı. M.Xanlarova isə şərəf və ləyaqətini alçatdığı üçün müğənnini məhkəməyə vermişdi. Aktrisa qarşı tərəfdən təzminat və üzr istəməsini tələb etmişdi. K.Abbasov məhkəmədə M.Xanlarovaya uduzmuş və min manat təzminat ödəmişdi. Eyni zamandaK.Abbasov aktrisanı onu efirlərin birində şantaj etməkdə günahlandırıb və məhkəməyə müraciət etmişdi.