ABŞ prezidenti Donald Trampın İran da daxil olmaqla 7 ölkə vətəndaşının 90 gün ərzində ABŞ-a buraxılmaması haqqında qərarı Cənubi Azərbaycandan olan müğənni Ququşu pis vəziyyətdə qoyub.
Unikal.org-un məlumatına görə, müğənni "Euronews"a açıqlamasında bir neçə ay sonra vizasının müddətinin bitəcəyini bildirib. Hazırda Londonda olan müğənni bu yaxınlarda ABŞ-a qayıdarkən problemlə üzləşəcəyindən və ölkəyə buraxılamamasından qorxur. O, ABŞ-da yaşamaq üçün "Green Card" sahibi olsa da, hər hansı problemi istisna etmir:
"Bir neçə ay sonra Şengen vizamın vaxtı bitdiyi üçün ABŞ-a qayıdacağam. 37 il əvvəl, 1980-ci ildə mən Londondan Tehrana qayıdarkən problemlə qarşılaşmışdım. İslam İnqilabından sonra ölkədə mənim müğənniliyimə qadağan qoyulmuşdu.İndi həmin anları xatırlayıram. ABŞ mənim ikinci vətənimdir. Mən İrana olduğu kimi, ABŞ-a da buraxılmasam, nə edəcəyimi bilmirəm. Məcburən, tərəfsiz bir bölgədə qalmalı olacağam".