Pop ulduz Beyons əkiz anası olacağını elan edib.

Unikal.org xəbər verir ki, məşhur müğənni bu barədə rəsmi instagram səhifəsində məlumat verib və hamiləlik fotosunu paylaşıb. 35 yaşlı pop ulduz çox xoşbəxt olduğunu, bu şad xəbəri hər kəslə paylaşmaq istədiyini bildirib:

"Sevgimizin xoşbəxtliyini sizinlə paylaşmaq istəyirik. İkinci dəfə özümü müqəddəs hiss edirəm. Ailəmiz daha iki nəfərlə böyüyəcək. Xoş arzulara görə, hər kəsə minnətdaram. Carter ailəsi".

Xatırladaq ki, müğənninin 47 yaşlı həyat yoldaşı Ceyzidən ayrıldığı iddia olunurdu. Beyons bu foto ilə ailələrində heç bir problem olmadığını sübut edib. 2008-ci ildə evlənən cütlüyün 5 yaşında Blue İvy adlı qızı var.