Dünyaca məşhur müğənni və bəstəkar Emin Ağalarov Volqoqradda konsert verib.

Unikal.org Big.az-a istinadən xəbər verir ki, ifaçının konsertində maraqlı anlar yaşanıb. Belə ki, gənc oğlan Eminin konsertində sevgilisinə evlilik təklif edib.

Cütlük bu sevincli anları onlara yaşatdığı üçün Eminə təşəkkür edib. Hamı bu jestinə görə E.Ağalarova təriflər yağdırıb.