Bir sıra elektron informasiya resurslarında yayılan videosüjetdə Elnur Hüseynzadənin anası oğlunun hərbi xidmətdə olması ilə bağlı bəzi fikirlər səsləndirib.

Unikal.org xəbər verir ki, bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Açıqlamada deyilir:

Bir daha bildiririk ki, keçmiş müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu kimi hərbi xidmətdə olduğu qısa bir zamanda E. Hüseynzadə intizamsızlığına görə bir neçə dəfə cəzalandırılmasından nəticə çıxarmayıb. Bu səbəbdən "Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin "e bəndinə əsasən xidməti uyğunsuzluğa görə birlik komandirinin əmri ilə ordu sıralarından tərxis olunub. Qeyd etmək lazımdır ki, E.Hüseynzadənin nizam-intizamlı və hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsində ailəsinin də rolu olmalı idi.