Türkiyənin baxımlı kanallarından olan Star TVpopulyar "Kara sevda" serialının yayımını dayandırmaq fikrindədir.
Unikal.org xəbər verir ki, bu barədə məlumatı serialın baş rol ifaçısı Neslihan Atagül rəsmi feysbuk hesabından verib. O feysbuka pul ödəyərək reklam vasitəsi ilə ekran işinin izləyicilərinə çağırış edib.
Aktrisanın çağırışında qeyd olunub:
"Star TV yeni seriallarına yer açmaq üçün "Kara sevda"nın yayımını dayandırmaq istəyir. Əgər serialın yayımının dayandırılmamasını istəyirsinizsə, bu postu bəyənin. Gəlin onlara gücümüzü göstərək".
Qeyd edək ki, bir neçə gün əvvəl də ekran işinin final etməsi ilə bağlı məlumat yayılmışdı. "Ayyapım" isə açıqlama verərək xəbərlərin əssasız olduğunu qeyd etmişdi.