Rusiyanın Nijni Taqil şəhər məhkəməsində Rövşən Lənkəranskiyə yaxınlığı ilə seçilən azərbaycanlı dəstə üzvləri barədə qərar qəbul edilib.
Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, dəstənin 4 əsas üzvü haqqında seçilmiş həbs-qətimkan tədbiri, ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənib. Məhkəmə Xıdır Q., İlkin A., Orxan M. və Telman V.ni ev dustaqlığına məhkum edib.
Digər dəstə üzvləri isə sərbəst buraxılıb.
30 nəfərdən ibarət dəstə üzvləri keçən il avqustun 4-də həbs ediliblər. Onlar şəhərin mərkəzindəki restoranların birində "sxodka zamanı saxlanılıblar. Dəstə üzvlərinə qarşı əməliyyatda təkcə polislər yox, yerli OMON da iştirak edib.
Məlumata görə, dəstə üzvləri yerli iş adamlarına haqq qoyaraq onlardan mütəmadi və özü də külli miqdarda pul alırmışlar. Hədə-qorxunu zamanı isə qanuni oğru Rövşən Lənkəranskinin adından istifadə edirmişlər.