Qaradağ rayonu Qızıldaş qəsəbəsində itkin düşən nənə və nəvə tapılıb.
Unikal.org xəbər verir ki, Lent.az-a bu barədə həmin ailədən məlumat verilib. Bildirilib ki, yanvarın ayından 30-dan itkin düşən 46 yaşlı Nəzakət Hacıyeva və nəvəsi, 4 yaşlı Ləman Hacıyeva 2 gün əvvəl qohumlarının evindən tapılıb.
Qeyd edək ki, bir müddət Qızıldaş qəsəbəsində yaşayan İmişli rayon sakini Rahim Hacıyev 46 yaşlı Nəzakət Hacıyeva və nəvəsi, 4 yaşlı Ləman Hacıyevanın itkin düşməsi ilə bağlı polisə müraciət etmişdi.