"Galatasaray"ın uruqvaylı qolkiperi Fernando Muslera "Kayserispor"la oyun öncəsi maraqlı açıqlamalar səsləndirib.
Unikal.org Goal.az-a istinadən xəbər verir ki, 30 yaşlı qapıçı yeni təklif alarsa, qəbul edəcəyini bildirib:
"6 ildir "Galatasaray" üçün oynayıram. Bura öz evim kimidir və burada olmaq məni çox xoşbəxt edir. Rəhbərliklə aram həmişə yaxşı olub. Müqaviləni uzatmaq təklifi gəlsə, sevə-sevə qəbul edərəm. Başqa klubdan da "Galatasaray"ın işinə yarayacaq təklif gələrsə, rəhbərliklə oturub danışarıq".
"Akhisar"la oyunda 185-ci dəfə forma geyinən Muslera əfsanəvi qapıçı Taffareli qabaqlamışdı. Futbolçu qarşıdakı 3 oyunda iştirak edib "cim-bom"un ən çox forma geyinən xarici futbolçusu olmaq istədiyini də gizlətməyib:
"Belə rekordlar qürurvericidir. Taffareli keçəndə onunla zarafatlaşmışdıq. 3 oyun keçirəndən sonra klubun daha bir əfsanəsi qapıçısı Simoviçi də keçəcəm. "Galatasaray"a çox şey borcluyam. Daha çox çalışıb, qarşılığını vermək istəyirəm".
Qeyd edək ki, "Galatasaray" - "Kayserispor" matçı sabah saat 20:00-da başlayacaq.