Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Unikal.org-un məlumatına görə, iclasda Premyer Liqanın 18-ci turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul olunub.
Belə ki, "Zirə - "Qəbələ matçında "Zirə klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Oyunun 74-cü dəqiqəsində "Qəbələ klubunun 5 â„–-li futbolçusu Rasim Ramaldanov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
"Neftçi - "Sumqayıt matçında isə "Neftçi klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.