Məşhur Hollivud aktyoru Hyu Cekmanın həyatı möcüzə nəticəsində xilas olunub.
Unikal.org-un xarici KİV-ə istinadən xəbər verir ki, dəri xərçəngindən əziyyət çəkən 48 yaşlı aktyor "Möhtəşəm şoumen" filminin çəkiliş meydançasında güclü yanğınla üzləşib
Filmin final səhnəsində baş qəhrəman dostunu yanğının içindən çıxarır. Lakin, pritexniklərin səhvi nəticəsində yanğın bütün binaya yayılıb.
Yanğınsöndürənlər gələnə qədər aktyoru və digər şəxsləri çəkiliş meydançasında olan şəxslər yanğından çıxarmağa çalışıblar. Xoşbəxtlikdən, həmin şəxslər əvvəllər yanğınsöndürən olub.
Aktyorla birlikdə 150 nəfər binadan çıxarılıb. Hadisə nəticəsində, heç kim xəsarət almayıb.