Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarıəməliyyat-axtarış tədbirləri həyata keçiriblər.
Unikal.org DİN-ə istinadən xəbər verir ki, nəticədə ötən il oktyabrın 29-da Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayan Həsənxan Salmanovun, arvadı Səməndərin və oğlu Bəxtiyarın əllərini yapışqanlı lentlə bağlayıb, baş nahiyələrinə küt alətlə xəsarət yetirməklə evdən quldurluq yolu ilə 2400 manat pul, 1000 manat dəyərində qızıl əşyalar və 2 mobil telefon aparmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Bəhruz Muxtarov tutulub, daha 2 nəfər isə müəyyən edilib.