Rusiyanın Sankt-Peterburq şəhəridə metroda baş verən partlayış nəticəsində ölənlər arasında daha bir azərbaycanlının olduğu məlum olub.
Unikal.org xəbər verir ki, bu 20 yaşlı Əliyeva Dilbərdir. Əliyeva Dilbər Sankt-Peterburq Dəmiryolu Universitetinin tələbəsi olub. Məlumatı Sankt-Peterburq şəhəridə Azərbaycan diasporunun fəallarından olan Orxan Məcidov təsdiqləyib. Dispor fəalının sözlərinə görə mərhumə aprelin 4-də saat 10:00 da son mənzilə yola salınacaq.