Bakının Nəsimi rayonu ərazisində 2 nəfərin bıçaqlanması ilə nəticələnən kütləvi dava baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Cavadxan küçəsi, bina 23a-nın qarşısında qeydə alınıb.

Belə ki, 4 nəfər arasında düşən əlbəyaxa dava sonda 2001-ci il təvəllüdlü Qəhrəmanlı Əli Namiq oğlu və 2000-ci il təvəllüdlü Salayev İsmayıl Seymur oğlunun bıçaqlanması ilə nəticələnib.

Zərərçəkənlər bədənlərinin müxtəlif nahiyələrindən aldıqları bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır. Hadisəni törədən şəxs və ya şəxslərin axtarışına başlanılıb.