Bakıda aptek satıcısına qarşı quldurluq edilib.

Unikal.org  xəbər verir ki, bu barədə Daxili işlər Nazirliyi məlumat yayıb.

Belə ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki apteklərdən birində satıcını bıçaqla hədələyərək quldurluq yoli ilə oradan 600 manat pul və 150 manat dəyərində dərman preparatları aparmaqda şübhəli bilinən Bakı şəhər sakini Elnur Hüseynov tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.