Bakıda 5 gün əvvəl baş verən yol-nəqliyyat hadisəsinin üstü açılıb.
Unikal.org "Report"a istinadən xəbər verir ki, aprelin 3-də Xətai rayonu ərazisindəki Nobel prospekti 163 ünvanında üzərində çoxsaylı bədən xəsarətləri olan 50-55 yaşlarında kişi meyiti aşkar edilib.
Polis əməkdaşlarının keçirtdiyi əməliyyət tədbirləri nəticəsində meyiti tapılan naməlum piyadanın 1965-ci il təvəllüdlü Füzuli Mövsumov olduğu müəyyənləşib.
Əməliyyat tədbirlərini davam etdirən polis piyadanı vuraraq hadisə yerindən qaçan sürücünü də tapıb. F.Mövsumovu 1994-cü il təvəllüdlü Tural Musayevin idarə etdiyi "BMV" markalı avtomobillə vurulduğu müəyyən olunub.