Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Vidadi Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Unikal.org APA-ya istinadən xəbər verir ki, hakim Ramella Allaverdiyevanın sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama münasibət bildirən V.Hüseynov özünü təqsirli bilməyib. O deyib ki, həbs olunandan sonra polislərin təzyiqinə məruz qalıb.
Proses aprelin 19-da davam edəcək.
Qeyd edək ki, V.Hüseynov Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.
V.Hüseynov hazırda həbsdə olan və "Lotu Quli" kimi tanınan kriminal avtoritet Nadir Səlifovun yeznəsidir.