Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını bıçaqlamaqda təqsirləndirilərək həbs edilən Abşeron rayon sakini Kamran Əlicanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Unikal.org Trend-ə istinadən xəbər verir ki, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə K.Əlicanov 6 il azadlıqdan məhrum edilib.
İttihama görə, 2016-cı ilin iyul ayında Abşeron rayonu Qobu qəsəbəsində, qəsəbə sakini 39 yaşlı Kamran Əlicanov qardaşı Qılman Əlicanovla mübahisə edib və nəticədə K. Əlicanov qardaşını bıçaqlayıb. Xəstəxanaya çatdırılan Q.Əlicanovu xilas etmək mümkün olub.