Daşkəsəndə maskalılar evə basqın edib.
Unikal.org-un ARB Kəpəz-ə istinadən xəbər verir ki, Daşkəsəndə maskalı şəxslər yaşlı qadının yaşadığı mənzilə basqın edib.
Qadının əl qolunu bağlayanlar onun qızıl üzüyü və nəğd pulu ilə kifayətlənməyib, ağzındakı qızıl dişlərinə də göz dikiblər. Polis tərəfindən saxlanılan quldurlar əvvəllər də dəfələrlə məhkumluq həyatı yaşayıb.
Hadisə fevral ayının 14-ü səhər saat 11-12 radələrində Daşkəsən sakini Tamella Rzayevanın mənzilində baş verib. İki nəfər maskalı şəxs ev sahibinin əl-qolunu yapışqanlı lentlə bağlayıb. Daha sonra evdə axtarış aparsalar da istədiklərini tapa bilməyiblər. Gözləri Tamella Rzayevanın barmağındakı qızıl üzüyə sataşan quldurlar qadının cibindəki 53 manatla kifayətlənməyib, ağzından qızıl dişləri də çıxarıblar.
Şübhəli şəxs olaraq rayon sakini və Gəncə sakini saxlanılıb.
Əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələrilə 4 dəfə məhkumluq həyatı yaşayan Rahib Əsədov etiraf etdiyi cinayətə özünə məxsus don geyindirib. Tamella Rzayevadan bir neçə ay öncə sələmə pul götürərək onun müqabilində qızıl üzük verən Rahib Əsədov üzüyü ala bilmədiyindən evə basqın etdiyini iddia edir.