Abşeron rayonunda qətl hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, aprelin 10-da Abşeron rayonunun "28 May" qəsəbəsi ərazisindən qəsəbə sakini Tapdıq Məmliyev döyülmə xarakterli xəsarətlə xəstəxanaya aparılarkən yolda ölüb.
Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Salyan rayon sakinləri Səftər Hacıyev, qardaşı Bəxtiyar və əmisi oğlu Şahmar Hacıyev tutulublar.