Masallıda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, Masallı şəhər sakini, 1978-ci il təvəllüdlü Emil Ədalət oğlu Sultanov bıçaqlanıb. Masallı Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilən zərərçəkən əməliyyat olunub, vəziyyəti orta-ağırdır.

Hadisəni törədən şəxsin adı açıqlanmasa da, artıq saxlandığı bildirilir. Onun həbsdən yeni çıxdığı müəyyənləşib.

Fakt bağlı araşdırma aparılır.