Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmaz rayonunda qətl törətməkdə təqsirləndirilən Gündüz Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Unikal.org-un trend-ə istinadən məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə G.Məhərrəmov 16 il azadlıqdan məhrum edilib.

İttihama görə, ötən ilin oktyabrında Xaçmaz rayonunun Arzu kəndində 1972-ci il təvəllüdlü İlqar Novruzov həmkəndlisi Gündüz Məhərrəmov tərəfindən bıçaqla qətlə yetirilib. Qətlə səbəb tərəflər arasında yaranan mübahisə olub.

Gündüz Məhərrəmov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.