ABŞ prezidenti Donald Tramp Emmanuel Makronu Fransa prezidenti seçilməsi münasibətilə təbrik edib.

Unikal.org xəbər verir ki, bu barədə Tramp özünün "Tvitter" hesabında yazıb.

"Emmanuel Makronu bügünkü böyük qələbə münasibətilə təbrik edirəm. Onunla birgə işləməyə çox ümid edirəm", D.Tramp yazıb.

Qeyd edək ki, bu gün Fransada keçirilən ikinci tur prezident seçkilərində ölkənin sabiq iqtisadiyya naziri, 39 yaşlı Emmanuel Makron qalib gəlib.