Kriminal Bakının bir günü
11:39 26-07-2012
KRİMİNAL
Kriminal Bakının bir günü
Ölkədə iyulun 24-də isə 46 cinayət faktı qeydə alınıb
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidməti paytaxtda baş verən kriminal hadisələrlə bağlı məlumat yayıb.
Məlumata görə, iyulun 21-ə keçən gecə Bakı şəhər sakini Ayui Bijənə məxsus M.Kazımovski küçəsində yerləşən mağazadan qapını sındırma yolu ilə siqaretlər, velosiped və 250 manat oğurlanıb. Nəsimi RPİ 19-cu PB əməkdaşlırının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, Bakı şəhər sakinləri Kamran Şıxəliyev, Nurlan Ömərov, Kənan Alıyev və Coşqun Ələkbərli iyulun 24-də yaxalanıblar.
İyulun 24-ü saat 08:30 radələrində Buzovna qəsəbəsində Bakı şəhər sakini Məmmədhüseyn Hüseynov idarə etdiyi "Mersedes" markalı avtomobillə Ceyran Alıyevanı vurmuş, piyada xəstəxanaya aparılarkən yolda ölüb.
İyulun 21-də Ə.Naxçıvani küçəsi ev 3-ün girişində naməlum şəxs Bakı şəhər sakini Tamilla İmanovaya bıçaqla hədə-qorxu gələrək mobil telefonunu və içərisində 300 manat olan çantasını alıb. Bakı şəhər BPİ CAİ əməkdaşlırının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən, Bakı şəhər sakini Təhmasib Qasımov iyulun 24-də yaxalanıb.
Nəsimi RPİ CAŞ və 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Cahangir Əhmədov iyulun 24-də tutulub.
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 46 cinayət faktı qeydə alınıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, onların da 25-i "isti izlər"lə açılıb.
Həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılıb.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 7 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 14 nəfər isə yaralanıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2 fakt müəyyən edilib.
Cinayət törətdiklərinə görə 22 nəfər tutulub.
Digər Xəbərlər
2024-09-27 12:16:46
2024-09-27 10:16:04
2024-09-27 09:43:00
2024-09-27 09:20:34
2024-09-26 16:31:25
2024-09-26 15:14:00
2024-09-26 15:08:08
2024-09-26 14:40:06
2024-09-26 13:11:00
2024-09-26 10:26:31
2024-09-26 09:56:57
2024-09-26 09:23:00
2024-09-26 09:12:03
2024-09-25 20:40:23
2024-09-25 16:30:58