Bakının Xəzər rayonu ərazisində iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində iki bacı - 1991-ci il təvəllüdlü Əliyeva Zülfiyyə Hacıağa qızı və 1994-cü il təvəllüdlü Əliyeva Gülnaz Hacıağa qızı yolu keçmək istəyən zaman baş verib.
Qəzanı minik avtomobili törədib. Yaralılar "təcili yardım" maşını vasitəsi ilə xəstəxanaya yerləşdirilib. Onların vəzyyəti orta-ağırdır.

Hadisəni törədən sürücü Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən axtarılır.