Saatlıda 10 yaşlı uşağı maşın vurub.

Unikal.org-un APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Şirinbəy kəndində baş verib.
VAZ-2106 markalı avtomobil yolu keçən 2007-ci il təvəllüdlü Əliyev Aqşin Türbət oğlunu vurub. Nəticədə uşaq aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Saatlı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.