ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Türkiyədəki səfirliyinin yaydığı bəyanatda bildirilir.

Buna səbəb bu günlərdə ABŞ-ın İstanbuldakı baş konsulluğunun əməkdaşının həbsi olub. Qərarın qeyri-müəyyən müddətə qədər qüvvədə qalacağı bildirilir.