Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Konstitusiyaya düzəlişlər barədə qanuna veto qoyub.
Unikal.org-un apa-ya istinadən məlumatına görə, bu barədə prezident keçirdiyi xüsusi brifinqdə bildirib. O, Konstitusiyaya düzəlişlər barədə qanun layihəsini qeydlərlə parlamentə göndərib.
Xatırladaq ki, Gürcüstan parlamenti sentyabrın 26-da 117 səslə ölkə Konstitusiyasına düzəlişləri qəbul edib. Əsas düzəlişlər parlament seçkiləri və prezidentin seçilməsi proseduru ilə bağlıdır. Dəyişikliklərə əsasən deputatların proporsional seçki sistemi ilə, prezidentin isə birbaşa deyil, 300 üzvü olacaq xüsusi seçki kollegiyası tərəfindən seçilməsi nəzərdə tutulur.