Sankt-Peterburqda anonim zənglərdən sonra bir neçə dəmir yolu vağzalı təxliyə edilib.

Unikal.org-un məlumatına görə, bomba qoyulması barədə zəngdən sonra şəhərin Baltik, Fin və Vitebsk vağzalları bağlanıb.

Təxliyədən sonra vağzallarda axtarışlar aparılıb, lakin hər hansı bir şübhəli maddə aşkar edilməyib.

Bundan başqa şəhər administrasiyasnın bir sıra komitə binalarında təxliyələr həyata keçirilib.

Qeyd edək ki, Rusiyada anonim zənglər "dalğası sentyabrın 11-dən başlayıb. Bugünədək 2 mindən çox obyektdən 960 mindən çox adam təxliyə olunub. Bu zənglərdən heç biri öz təsdiqini tapmayıb.