Qadın voleybolçular arasında xoşagəlməz hadisə yaşanıb. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, I Liqada mübarizə aparan "Yeşilyurt" və "Bahçelievler" komandalarının görüşündə dava düşüb.

Qarşıdurma görüşün 3-cü setdə başlanıb. Ümumi hesabda 2:0 öndə olan "Bahçelievler" sonuncu taymda da üstünlüyünü qoruyan komanda hesabı 24:19-a çatdırıb. Meydan sahiblərinin azarkeşləri məğlubiyyətlə barışmayaraq dava salıblar. Polis vəziyyətə müdaxilə edib və salona bibər qazı atmaq məcburiyyətində qalıb. Hətta komandaların nümayəndələri arasında da gərginlik baş verib. Bundan sonra salonu tərk ediblər.

Polis iki nəfəri saxlayıb, 4 nəfər isə yüngül xəsarətlər alıb. Xəsarət alanlar sırasında qonaq komanda "Bahçelievler"in meneceri Büşra Yalçın da var.