Bu gün səhər saat radələrində 3 mənzilli yaşayış evində yanğın olub. Hadisə nəticəsində 5 uşaq ölüb.

Unikal.org Rusiya mətbuatına istibadən xəbər verir ki, yanğın Novosibirsk vilayətinin İskitimsk rayonunun Stepnoy qəsəbəsində 3 mənzilli yaşayış evində baş verib. 

Mənzillərdən birinin sahibi yanıq qoxusunu hiss edib, küçəyə qaçıb. Bu zaman qonşuluqdakı mənzili alovun bürüdüyünün şahidi olub. Qonşusunun evinin yandığını görən adam yanğınsöndürənlərə zəng edib. O qəhrəmanlıq göstərərk yatmış qonşularını oyatmağa çalışıb. Yanan mənzilin sahibi xilas olsa da, mənzildə qalan 5 uşağı xilas etmək mümkün olmayıb. Bildirilir ki, bir neçə ay əvvəl uşaqların anası da dünyasını dəyişibmiş, uşaqlar ataları ilə yaşayırlarmış.