Xəbər verdiyimiz kimi, İstanbul Cümhuriyyət Baş Prokurorluğu ABŞ-da həbsdə olan iş adamı Rza Zərrabın və 22 yaxın adamının mülklərinin müsadirə edilməsi barədə qərar verib. 
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Zərrabın əlindən alınan mülklərinin siyahısı bəlli olub:

Həmin siyahını təqdim edirik:
- İstanbul Boğazında Kanlıca bölgəsində 2 ədəd yalı,
- Kandillidə köşk,
- 12 milyon dəyərində "Challenger 300 tipli özəl təyyarə,
- 1 milyon 50 min lirə dəyərində Nəzmi Ziyanın "Öz Evi tablosu,
- İstanbulda 4 milyon lirəlik ev,
- Bakırköydə üç ədəd lüks mənzil,
- "Metroport Busidence Plaza iki ofis mərtəbəsi,
- Tuzlada fabrik

Ebru Gündeşin iş adamı olan Zərrabın müsadirə edilən edilən malları bununla bitmir. Onun şərik olduğu şirkətlərdə də müsadirə işləri aparılıb:

- Roysar Dənizçilik İndustriya Mexanika və Qiymətli Mədənlər Sənaye Ticarət anonim şirkəti,
- Roysar Holdinq anonim şirkəti,
- Roysar Ərzaq Xarici Ticarət şirkəti,
- Roysar Qızıl Ticarət İdxalar və İxracat şirkəti,
- Are Hava anonim şirkəti,
- Roysar Mebel Dekorasiyası Sənaye və Ticarət anonim şirkəti.

İş adamının mülkləri əlindən alınan yaxınlarının da siyahısı açıqlanıb:

Alara Zərrab, Hüseyn Zərrab, Şəbnəm Zərrab, Can Zərrab, Mehmet İbrahim, Burhanəddin, Bəhruz Böyükoğlu, Mehmet Mehdi Culazadə, German Qənbəri Arablou, Hüseyn Qarabəyli, Bəhram Dərgahi Müqəddəm, Aydın Harezi, Sərdar Günəş, Əli Hüseyn Zadə, Göksəl Qum, Pərviz Ləki, Əhməd Sayqın, Omıd Mohagilegh Eromi, Moştaql Məhəmməd Əli, Babək Nahani, Hüseyn Nobari, Məhəmməd Rza Paşapournıku.