Avstraliyanın "Qantas aviaşirkəti müğənni Coanna Keyteralı "UGG" tipli çəkmələr geydiyi üçün Melburn hava limanının gözləmə zalına buraxmayıb.

Unikal.org Trend-ə istinadən məlumatına görə, bu barədə müğənni öz "Twitter səhifəsində yazıb.

Onun sözlərinə görə, təyyarəyə çata bilməsi üçün müğənni yeni ayaqqabılar almalı olub.

Aviaşirkətin nümayəndələri isə şikayətə cavab olaraq, hava limanı ərazisində dress-kodun olduğunu vurğulayıb.