"FCA Rus" şirkəti Rusiyada 10 mindən çox "Jeep" avtomobilini geri çağırıb.

Unikal.org-un məlumatına görə, bu qərar əyləc gücləndiricilərində qeydə alınan qüsurlarla bağlıdır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2011-ci ilin noyabrından 2014-cü ilin sentyabrınadək Rusiyada satılmış "Grand Cherokee" modellərinə şamil olunur.

Bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz əsasda həyata keçiriləcək.