Hindistanın Racastan əyalətində baş verən avtobus qəzasında 33 nəfər həyatını itirib.

Unikal.org  xarici KİV-lərə istinadən xəbər verir ki, Hindistanın şimal-qərbində yerləşən Racastan əyalətində avtobus bir körpüdən keçərkən yoldan çıxaraq çaya düşüb.

Yerli polisin açıqlamasına görə baş vermiş qəzada 33 adam həyatını itirib. Yaralanan yeddi nəfər isə təcili xəstəxanaya çatdırılıb.

Polis, Banas Çayının üzərində yerləşən körpüdə avtobusun qarşı zolaqdan gələn maşını vurmamağa cəhd edərkən 20 metr hündürlükdən düşdüyünü açıqlayıb.

Hadisə zamanı avtobus sürücüsü də həyatını itirib.Məlumatda bildirilir ki,sərnişinlər qəzanın baş verdiyi yerə yaxın bir yerdə Hindu Məbədinə gedirmişlər.