Tələbə yataqxanasında 9 oğlan təcavüzə məruz  qalıb. Hadisə Türkiyənin İzmir şəhərində baş verib. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu iddialara görə, hadisənin baş verdiyi özəl yataqxanının əməkdaşı Ömer Faruk saxlanılıb. O ittihamları qəbul edib. Lakin 12 yaşlı bir tələbənin öz istəyi ilə cinsi əlaqədə olduqlarını iddia edib. Onun sözlərinə görə. həmin uşaqla "whatsap" yazışmasında onu cinsi əlaqədə olmaq üçün çağırdığı açıq yazılıb.

O təkcə bir uşaqla cinsi əlaqədə olduğunu desə də 2 uşağın cinsi istismara məruz qaldığı rəsmi olaraq təsdiqlənib.

Faktla bağlı araşdırma 12 yaşlı uşağın başına gələnləri anasına danışmasından sonra başlayıb. Polis yataqxanada 20-yə yaxın uşaqla görüşüb, pedaqoq və psixoloqlarının dəstəyi ilə onlarla söhbət edilib. 3 uşaq Ömər Faruk adlı əməkdaşın onlara təcavüz etdiyini söyləyib.

Şübhəlinin telefon və kompüterində uşaqlara aid şəkillər aşkarlanıb. Hətta onun "whatsap"da 9 uşaqla birlikdə qrup yaratdığı və orada cinsi məzmunlu mesaj və şəkillər paylaşdığı məlum olub.

İddialardan sonra bu ölkənin Təhsil Nazirliyi yataqxanın fəaliyyətini müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Uşaqların bəziləri öz ailələrinin yanına gedib, bəziləri isə başqa yataqxanalara yerləşdirilib. 

Yataqxana rəhbərliyi hadisəyə görə, uşaqların valideynlərinə kompensassiya ödəməli olacaq.