Türkiyənin ətraf mühit və şəhərçilik naziri Mehmet Özhasekinin təyyarəsi təcili eniş edib.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, təyyarə Kocaeli vilayətində pilotun kabinəsində yanğın baş verməsi təhlükəsi ilə bağlı təcili enməli olub.

Bildirilir ki, təyyarənin təcili enməsinin səbəbi pilotun kabinəsində baş verən tüstülənmə olub.

Tüstülənmə təyyarənin Sabiha Gökçen hava limanından qalxmasından sonra başlayıb.