Türkiyənin Aksaray bölgəsində tarlada maşının içərisində iki meyit tapılıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, meyitlərin 27 yaşlı Tuncer Kütük və 50 yaşlı Mediha Akdağa məxsus olduğu məlum olub.

Belə ki, onlar odlu silahla öldürülüb.

Polisin araşdırmaları nəticəsində qadının boşanma ərəfəsində olduğu əri Şükrü Akdağ şübhəli qismində saxlanılıb. O, bu cinayəti namus üstündə törətdiyini etiraf edib.

Qeyd olunur ki, cütlük iki ildir ayrı yaşayırmış. Həmin gün 50 yaşlı qadın əşyalarını yığaraq 27 yaşlı sevgilisinin evinə köçməyi planlaşdırıb. Qonşulardan xəbər tutan ər onları izləməyə başlayıb. Sükan arxasında oturan sevgili bunu hiss edəndən sonra həyəcandan özünü itirib və maşını üzüm bağına sürüb. Onların qarşısını kəsən Şükrü xəyanət edən arvadını və sevgilisini odlu silahla qətlə yetirib.

Bunu namusu üstünə tdiyini etiraf edən Şükrü Akdağ məhkəmə salonunda həbs edilib.