Ermənistan KİV-ləri ölkə prezidenti Serj Sarkisyanın Yeni il bayramı günlərində xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayıb.

Unikal.org Trend-ə istinadən xəbər verir ki, S.Sarkisyanın "Nairi xəstəxanasına yerləşdirildiyi bildirilib.

Qeyd olunur ki, Ermənistan prezidentinin mətbuat katibi bu xəbəri təkzib edib. O, S.Sarkisyanın həmin günlərdə soyuqladığını, lakin öz evində müalicə olunduğunu bildirib.

Qeyd edək ki, S.Sarkisyan bir neçə gün əvvəl Ermənistandan qeyd olunan Milad bayramı tədbirlərində iştirak etməyib.