İŞİD üzərində qələbə çaldıqdan sonra ABŞ ordusunun Suriyadakı mövcudluğunun əsas məqsədi İrana qarşı mübarizə aparmaq olacaq.
Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi Devid Satterfild bildirib.
"Biz İranın Suriyadakı fəaliyyətindən və oradakı fəallığını artırmaq potensialından çox narahatıq, - deyə o senatorlardan birinin müvafiq sualına cavabında bildirib.