İki xəstəliyə qarşı peyvənd hazırlanıb. Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, peyvənd Çində istehsal olunub. İstehsal olunan iki peyvənd - poliomielitə qarşı ikivalentli peroral peyvənd və hepatit A-ya qarşı peyvənd Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ilkin təsnifatından keçib.

ÜST bu peyvəndlərin təhlükəsizliyini və səmərəliliyini tanıyıb və BMT-nin müxtəlif satınalma agentlikləri xəstəliklərin profilaktikası üçün bu peyvəndləri ala bilərlər.