İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 27 nəfər ölüb, 16 nəfər isə xəsarət alıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, qəza Qərbi Yava əyalətində baş verib.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Ölənlərin sayının artacağı istisna olunmur.

Qəzanın səbəbləri və təfərrüatları açıqlanmır.