Türkiyə Silahlı Qüvvələrinin Afrində keçirdiyi "Zeytun budağı" antiterror əməliyyatı başladığı gündən 1266 terrorçu məhv edilib. 

Unikal.org Türkiyə KİV-inə istinadən məlumatına görə, qərargah ötən gün həyata keçirilən əməliyyatlar nəticəsində İŞİD, YPG və PYD terror təşkilatlarının 86 üzvünün məhv edilməsi barədə xəbər yayıb.

Bundan başqa, son məlumata görə, Türkiyə HHQ terrorçuların 19 obyektinə hava zərbələri endiriblər.