Moskva ətrafında qəzaya uğrayan sərnişin təyyarəsinin qalıqları tapılıb. 

Unikal.org-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, qəzaya uğrayan "An-148" təyyarəsində sağ qalanlar yoxdur. 
Qeyd edək ki, təyyarədə 65 sərnişin və 6 heyət üzvü olub. 

xxx

Moskvanın "Domodedovo" aeroportundan havaya qalxan "An-148" sərnişin təyyarəsi havaya qalxandan az sonra radardan itib.

Unikal.org Reuters-a istinadən xəbər verir ki, 71 nəfəri daşıyan Rusiyaya məxsus sərnişin təyyarəsi Moskvaya ətrafında Ramensk rayonuna düşüb.

Ölən və yaralılar barədə məlumat verilmir.

Qeyd edək ki, təyyarə Moskvadan Orska uçurmuş. 65 sərnişin və 6 ekipaj üzvlərindən hələki heç bir məlumat yoxdur.